Ağstafada arvadının baltaladığı kişi vəzifəli şəxsin oğludur - Yenilənib

agstafada-arvadinin-baltaladigi-kisi-vezifeli-sexsin-ogludur
Oxunma sayı: 13925

Ağstafa rayonunda kişi həyat yoldaşı tərəfindən qətlə yetirilib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində baş verib.

1985-ci il təvəllüdlü Aynur Abdullayeva ailə münaqişəsi zəminində əri, 1984-cü il təvəllüdlü Elvin Mübariz oğlu Abdullayevi balta ilə öldürüb.

Faktla bağlı araşdırmalar aparılır.

***

APA-nın məlumatına görə, qətlə yetirilən Elvin Abdullayev Dövlət Sığorta Agentliyinin Qazax filialının direktoru Mübariz Abdullayevin oğludur.

Polisin keçirdiyi əməliyyat axtarışları zamanı qətli törədən Aynur Abdullayeva saxlanılıb. O, ilkin ifadəsində hadisəni törətdiyini etiraf edib.

Qeyd edək ki, mərhumun iki qız övladı var.