Ağstafada avtomobil piyadanı vuraraq öldürdü

agstafada-avtomobil-piyadani-vuraraq-oldurdu
Oxunma sayı: 1167

Ağstafada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Köçvəli kəndində qeydə alınıb.

Hərəkətdə olan minik maşını yolu keçmək istəyən piyada 1962-ci il təvəllüdlü Qiyas Məmmədovu vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev