Ağstafada kafe işlədən qadın bıçaqlandı

agstafada-kafe-isleden-qadin-bicaqlandi
Oxunma sayı: 1400

Dünən axşam saatlarında Ağstafa rayonunda kafedə bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Vurğun qəsəbəsində yerləşən kafedə qeydə alınıb.

Kafenin icarədarı 1982-ci il təvəllüdlü Esmira Kiçikova iş yerində bıçaq xəsarətləri alıb. O, Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Polisin keçirdiyi tədbirlər nəticəsində E.Kiçikovaya kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Qazax rayon sakini 30 yaşlı Elmin Qocayev saxlanılıb.

Araşdırmalar davam etdirilir.