Ağstafada sərxoş kişini maşın vurdu

agstafada-serxos-kisini-masin-vurdu
Oxunma sayı: 1631

Ağstafada yolu keçən piyadanı maşın vurub.

"Qafqazinfo"nun məlumatına görə, rayonun Həsənsu kəndində yolu keçmək istəyən 1965-ci il təvəllüdlü Şakir Əliyevi avtomobil vurub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Vəziyyəti kafi qiymətləndirilir. 

Məlumata görə, piyada hadisə vaxtı sərxoş olub. 

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli