Ağsuda çörək sexi yanaraq kül oldu - Video

agsuda-corek-sexi-yanaraq-kul-oldu
Oxunma sayı: 2171

Bu gün səhər saatlarında Ağsuda mərkəzi bazarının yanında yerləşən çörəkbişirmə sexində yanğın olub.

“Qafqazinfo” xezerxeber.az-a istinadən xəbər verir ki, yanğının söndürülməsinə Ağsu, İsmayıllı və Kürdəmir dövlət yanğından mühafizə hissələrinin 5 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı müəssisənin 313 kvadratmetrlik hissəsi yanıb. Xəsarət alan olmayıb.

Yanğının səbəbi və sexə nə qədər maddi ziyanın dəydiyi araşdırmalardan sonra məlum olacaq.