Aİ Qəzza zolağında kütləvi məzarlıqların müstəqil araşdırılmasını tələb edir

ai-qezza-zolaginda-kutlevi-mezarliqlarin-musteqil-arasdirilmasini-teleb-edir
Oxunma sayı: 630

Avropa İttifaqı (Aİ) Qəzza zolağında kütləvi məzarlıqlarla bağlı xəbərlərin narahatlıq doğurduğunu və məzarların yerləşdiyi ərazilərdə hərtərəfli və müstəqil araşdırma aparılmalı olduğunu bildirib.

“Qafqazinfo” xəbər verir ki, Aİ Komissiyasının sözçülərindən biri Peter Stano bunu Brüsseldə keçirilən gündəlik mətbuat konfransında bildirib.

Stano məzarların olduğu ərazilərdə hərtərəfli və müstəqil araşdırma aparılmasının vacibliyini vurğulayıb.

O, həmçinin Aİ-nin Qəzzada təzyiq və hücumları dayandırmaq üçün dərhal atəşkəs çağırışını təkrar xatırladıb.