Aİ səfirləri Rusiyaya qarşı 12-ci sanksiyalar paketini müzakirə edib

ai-sefirleri-rusiyaya-qarsi-12-ci-sanksiyalar-paketini-muzakire-edib
Oxunma sayı: 1367

Aİ-nin 27 ölkəsinin səfirləri Rusiyaya qarşı 12-ci sanksiyalar paketinin ilk müzakirəsini keçiriblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Bəli, bu gün səfirlərin iştirakı ilə ilk müzakirə oldu. Bu göstərdi ki, paketin razılaşdırılmasına hələ çox yol var”, - deyə hesabatda qeyd olunur.

Qeyd edək ki, Avropa İttifaqının (Aİ) 12-ci anti-Rusiya sanksiyaları paketi çərçivəsində məhdudlaşdırıcı tədbirlərin Rusiyadan olan 100-dən çox şəxs və 40 hüquqi şəxsə şamil ediləcəyi bildirilib.