“Ailəmizdə model olmağımı istəmirdilər” - Fotolar

ailemizde-model-olmagimi-istemirdiler-fotolar
Oxunma sayı: 686

“Bu sənətə uşaqlıqdan həvəsim olsa da, ailəmizdə mənim model olmağımı istəmirdilər”. Bunu “Qafqazinfo”ya açıqlamasında model sahəsində yeni addımlayan Nərgiz Zamir deyib. O, bildirib ki, hazırda mən Mədəniyyət və İncəsənət universitetində təhsil alır: “İki il öncə bu universitetdə modelyer fakültəsi tələbələrinin diplom işlərində dəfələrlə iştirak etmişəm. Daha sonra isə Mübariz Allahverdizadənin “High life fashion and model academy”-nə gedib, kastinqdən keçdim. Bir müddət o agentliyin modeli olmuşam. İndi isə “Baku promo” ilə işləyirəm, yeni layihələrimiz gözlənilir. Hələ hər şey qabaqdadır, ən böyük arzum ölkəmizi xaricdə təmsil etməkdir”.

Aynur Babayeva