“Ailənin də üzərinə kifayət qədər yük düşür”

ailenin-de-uzerine-kifayet-qeder-yuk-dusur
Oxunma sayı: 878

“Məktəblərdə baş verən son hadisələrdə yalnız ümumtəhsil müəssisəsini günahlandırmaqla məsələni həll etmək mümkün deyil. Burada valideyn-məktəb münasibətləri birgə işlənilməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında bildirib.

Şöbə müdiri qeyd edib ki, bu vəzifələri tək ümumtəhsil müəssisəsinin üzərinə qoymaqla vəziyyəti tənzimləmək olmaz: “Burada ailənin də üzərinə kifayət qədər yük düşür. Bu məsələlər bu günün mövzusu deyil. Hər zaman məktəbdə şagirdlər arasında müxtəlif davranış qaydalarının pozulması olub. Bu, normaldır. Amma bunun ictimaiyyətə təqdimat forması bir qədər dəyişib, daha çox qabardılır. Düşünürəm ki, buna diqqət və nəzarət etmək lazımdır.

Şagird davranış qaydaları nazirlik tərəfindən hazırlanıb. Buna pilot layihə olaraq başlamışıq. 300-dən artıq məktəbdə davranış qaydaları tətbiq olunur. Orada təhsilalanların, təhsilverənlərin və eyni zamanda valideynlərin tənzimləməli olduğu məsələlər öz əksini tapıb”.

Zaur Mirzə