Alabaşlı-Qızılca dəmir yolu uzun müddət sonra ilk dəfə yeniləndi - Fotolar

alabasli-qizilca-demir-yolu-uzun-muddet-sonra-ilk-defe-yenilendi
Oxunma sayı: 672

Alabaşlı-Qızılca dəmir yolu sahəsində əsaslı təmir işləri yekunlamaq üzrədir.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb. 

Bildirilib ki, Alabaşlı-Qızılca dəmir yolu 1950-ci illərdə istismara verildiyi vaxtdan bəri ilk dəfə yenilənib.

Belə ki, 20 kilometrlik bu xətlə xüsusilə dəmir yolları üçün zəruri olan çınqıl və qırmadaş kimi tikinti materiallarının təhlükəsiz daşınması təmin ediləcək.