Alina Kabayeva uzun müddət sonra ictimaiyyət arasında - Fotolar

alina-kabayeva-uzun-muddet-sonra-ictimaiyyet-arasinda
Oxunma sayı: 5484

Milanda 39-cu “Sport Movies & TV 2021” beynəlxalq festivalının açılış mərasimi keçirilib.

“Qafqazinfo” “Spletnik.ru”ya istinadən xəbər verir ki, festivalın ən yüksək mükafatına 38 yaşlı rusiyalı gimnast və ictimai xadim Alina Kabayeva layiq görülüb. O, uzun aradan sonra ictimaiyyət arasında görünüb.

Tanınmış idmançıya “İdman Oskarı” adlandırılan Şərəf Çələnginin verilməsi İdman, Kino və Televiziya Filmləri Beynəlxalq Federasiyası (FİCTS) tərəfindən qərara alınıb. Federasiya 123 ölkədən olan nümayəndədən ibarətdir.

A.Kabayeva “İdman Oskarı”na idmanı populyarlaşdırdığına görə layiq görülüb. İlk növbədə, olimpiya çempionunun gənclər arasında idmanın təşviqi sahəsindəki fəaliyyəti qeyd olunub. Söhbət Kabayevanın 2009-cu ildən xeyriyyə məqsədilə keçirdiyi “Alina” beynəlxalq uşaq festivalından gedir.