Allahverdi Bağırovun məzarında illər sonra Azərbaycan bayrağı - Fotolar+Video

Allahverdi Bağırovun məzarında illər sonra Azərbaycan bayrağı
Oxunma sayı: 5904

Azərbaycann Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarının yeni fotoları yayılıb.

"Qafqazinfo" xəbər verir ki, Ağdamın işğaldan azad edilməsindən sonra onun məzarının üzərinə Azərbaycan bayrağı çəkilib, qəbiri üstə güllər düzülüb.

Bundan başqa, baş daşını əvəz edən lövhədə Allahverdi Bağırovun fotosu və yazılar yenilənib.

Qeyd edək ki, Allahverdi Bağırov 1992-ci ilin 14 iyunda Naxçıvanikdən geri qayıdarkən minaya düşərək şəhid olub. Həmin vaxt Allahverdi Bağırov Ağdamın Şəhidlər Xiyabanında dəfn edilib. Müharibə vaxtı Bağırovun məzarının üzərinə beton tökülsə də, ona baş daşı qoyulmamışdı.

Onu da qeyd edək ki, 2018-ci ildə Avropa İttifaqının maliyyə yardımı və qurumun “Sülh Təşəbbüsləri” proqramı çərçivəsində həm Azərbaycan, həm də Ermənistan tərəfindən film çəkilir. Azərbaycan tərəfindən bu işləri jurnalist Asəf Quliyev icra edir.

Onun sözlərinə görə, əvvələr Milli Qəhrəmanın məzarı da filmin kadrlarını çəkmək üçün bərpa edilib və həmin tarixdə məzara baş daşı qoyulub. Filmdə də əsas sujet xəttinin Allahverdinin dostu Razmik Petrosyanın onun məzarını hələ də qoruması olub.

Burada isə erməni vandalları yenə də öz xislətlərini göstəriblər. Belə ki, Avropa İttifaqından 10 min avro alaraq məzarın üstünə baş daşı qoyan ermənilər yenə də iç üzlərini göstərərək nümayişkaranə şəkildə Azərbaycanın digər abidələri kimi bu abidəni də vəhşicəsinə məhv ediblər. Milli Qəhrəman Allahverdi Bağırovun oğlu Elşən Bağırov isə həmin məzarın atasına aid olmadığını bildirmişdi.

Allahverdi Bağırovun məzarı 1992-ci ildə

Allahverdi Bağırovun məzarı 2017-ci ildə

Allahverdi Bağırovun məzarı 2020-ci ildə