“Qarabağ” Zubirlə şəkil çəkdirən uşağa görə 2500 manat cərimələndi - Video

qarabag-zubirle-sekil-cekdiren-usaga-gore-2500-manat-cerimelendi
Oxunma sayı: 4286

AFFA İntizam Komitəsi “Qarabağ” klubunu 2500 manat cərimələyib.

“Qafqazinfo” milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna “Şamaxı”ya qarşı Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda (3:1) yaşananlar səbəb olub.

“Köhlən atlar” 89-cu dəqiqədə meydana kənar şəxsin daxil olmasına görə ziyana düşüb. "Şamaxı" isə dörd nəfər sarı vərəqə aldığına görə 700 manat ödəyəcək.