Naxçıvanda buraxılış imtahanlarının vaxtı dəyişdirildi

naxcivanda-buraxilis-imtahanlarinin-vaxti-deyisdirildi
Oxunma sayı: 1575

Martın 15-də Naxçıvanda keçirilməli olan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının vaxtı dəyişdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, imtahanlar aprelin 19-da təşkil olunacaq:

“Şagirdlərin nəzərinə çatdırılıb ki, imtahanda iştirak etmək üçün buraxılış vərəqəsi imtahandan təqribən bir həftə öncə Mərkəzin saytına yerləşdiriləcək. Hazırda buraxılış vərəqəsini çap etmiş şagirdlər də həmin vaxt yenidən “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər”.