“Mehriban qonşuluq münasibətləri olmazsa, xalqlarımız bunu qəbul etməz” - İran səfiri

mehriban-qonsuluq-munasibetleri-olmazsa-xalqlarimiz-bunu-qebul-etmez
Oxunma sayı: 1539

“İstər İrandan Azərbaycana, istərsə də Azərbaycandan İrana sıx dostluq və mehriban qonşuluq münasibətləri var”.

“Qafqazinfo” xəbər verir ki, İranın Azərbaycandakı səfiri Müctəba Dərmiçilu “Baku TV”yə müsahibəsində deyib:

“Əksi olarsa, hər iki xalq bunu qəbul etməz. Hətta, Prezident Məsud Pezeşkianın Xankəndiyə səfərini xatırlayırsınız? O zaman da İran münaqişə içərisində idi. Hava sərhədi bağlı olsa belə İran Prezidenti bildirmişdi ki, “Əziz qardaşım İlham Əliyev dəvət edibsə, mən getməliyəm”.

Ona görə deyirəm ki, ortadakı anlaşılmazlıq aradan qaldırılmalıdır”.