Almaniya Şotlandiyanı darmadağın etdi - Yenilənib - Video

almaniya-sotlandiyani-darmadagin-etdi
Oxunma sayı: 12919

Bu gün 17-ci Avropa çempionatına start veriləcək. “Qafqazinfo” xəbər verir ki, açılış oyununda meydan sahibi Almaniya meydana çıxacaq.

A qrupunda yer alan Almaniya millisi Şotlandiyanı sınağa çəkəcək. Münhendəki “Allianz Arena”da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq qarşılaşmanı fransalı Kleman Turpen idarə edəcək.

Qeyd edək ki, A qrupunun digər görüşündə sabah saat 17:00-da Macarıstanla İsveçrə komandaları üz-üzə gələcək.

AÇ-2024
A qrupu, I tur
14 iyun

23:00. Almaniya - Şotlandiya
Baş hakim: Kleman Turpen (Fransa).

***

Matç başladı.

***

Almaniya hesabı açdı. Florisan Virtz 11-ci dəqiqədə fərqləndi.

***

Camal Musiala, 19-cu dəqiqədə hesabı 2:0 edir.

***

3-0.  Key Havertz fərqləndi.

***

Şotlandiya azlıqda qaldı. Rayan Portes qırmızı vərəqə aldı.

***

İlk hissə bitdi.

***

İkinci hissə başladı.

***

Fülkruq hesabı 4:0 edir. O, 68-ci dəqiqədə fərqlənir

***

4:1- Şotlandiya hesab arasındakı fərqi azaldır. Rüdiger avtoqol müəllifi olur
***

5:1 - Emre Can 90+3-cü dəqiqədə fərqlənir

***

Matç bitdi. Almaniya rəqibi üzərində 5:1 hesablı qələbə qazandı.