“Alpinistlər ən təhlükəli marşrutla gedib” - Açıqlama

alpinistler-en-tehlukeli-marsrutla-gedib
Oxunma sayı: 6353

“Mən yay aylarında həmin marşrut üzrə hərəkət etmişəm. Qışda həmin marşrutu getmək məqsədəuyğun deyil”

Bunu “Qafqazinfo” ya açıqlamasında təcrübəli alpinist Firuz Dadaşov həmkarlarının itkin düşməsindən danışarkən deyib. O bildirib ki, həmin marşrut xətti onların təcrübəsinə uyğun deyildi: “Fəridə Cəbrayılzadənin dağlarda ümumiyyətlə təcrübəsi azdır. O cümlədən Babur Hüseynovun da. Aralarında Namin Bünyatov onlardan təcrübəlidir.  Həmin istiqamətdə 3 zirvə var. Ən hündürü “Tufan” zirvəsidir. Məsləhətçilərinin dediyinə görə, ən çətin xətt olan 3 B marşrutu üzrə hərəkət ediblər. Qışda ora gedən adam diqqətli olmalıdır.  Birinci təhlükə  qar uçqunun olmasıdır.  Sonra  o dağda çatlar və çox möhkəm buz qatı olur. Əgər lazımı ləvazimatlar yoxdursa o buzla getmək çətindir. Donvurma da ola bilər.  Ora şimal tərəfdir. Gün şüalarının az düşdüyü yerdir.

Mən indi xaricdəyəm. Əgər orda olsaydım, axtarışlarda iştirak edərdim. Çünki o marşrutu yaxşı bilirəm”. 

Günel Türksoy