Amerikalı investorlar azad olunan ərazilərin bərpasında iştirak edəcəklər

amerikali-investorlar-azad-olunan-erazilerin-berpasinda-istirak-edecekler
Oxunma sayı: 1364

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqerlə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Mikayıl Cabbarov Tviter hesabında yazıb.

O bildirib ki, görüşdə ikitərəfli iqtisadi əməkdaşlığın mövcud vəziyyəti nəzərdən keçirilib.

Nazir qeyd edib ki, görüşdə amerikalı investorların Azərbaycanda fəaliyyətinin genişləndirilməsi potensialı və işğaldan azad edilən ərazilərin bərpasında iştirakı barədə müzakirələr aparılıb.