Amerikalı senator Tvitterə cinayət işi açılması üçün hərəkətə keçdi

amerikali-senator-tvittere-cinayet-isi-acilmasi-ucun-herekete-kecdi
Oxunma sayı: 1287

Senator Ted Kruz ABŞ Ədliyyə Nazirliyinə Tvitterə qarşı cinayət işi açılması ilə bağlı məktub göndərib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” nəşri yazıb. Kruz Tvitterin ABŞ-ın İrana qarşı tətbiq etdiyi məhdudiyyətləri pozmasını əsas gətirərək tədqiqatlar aparılmasını istəyib.

Senator qeyd edib ki, ABŞ-ın sanksiya siyahısına daxil olan şəxslərə qanunsuz dəstək verir. Onun sözlərinə görə, şirkət İranın yüksək vəzifəli şəxsləri lehinə bu addımı “düşünülmüş şəkildə” atır.