“Amnesty International”ın Türkiyədəki əməkdaşı saxlanıldı

amnesty-internationalin-turkiyedeki-emekdasi-saxlanildi
Oxunma sayı: 655

“Amnesty International” beynəlxalq hüquq müdafiə təşkilatının Türkiyədəki ofisinin əməkdaşı saxlanılıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, saxlanılan şəxş qeyri-hökumət təşkilatının yerli ofisinin rəhbəri Taner Kılıçdır.  Təşkilatın bəyənatında bildirilir ki, Kılıç ötən il Türkiyədə baş vermiş çevriliş cəhdində iştirak etməkdə şübhəli bilinir. Bundan başqa o da qeyd edilir ki, Taner Kılıçla yanaşı, ofisin daha 22 əməkdaşı saxlanılıb.  

Məsələ ilə bağlı “Amnesty International”ın baş katibi Salil Şetti bəyanat yayıb. O, sözügedən cinayətdə Taner Kılıç və 22 hüquqşünasın iştirakına dair yetərli sübut olmadığını bildirib və Türkiyə hökumətini həmin şəxsləri azad etməyə çağırıb.

Aysel Kərimova