“Ana-bacıma dediyim sirləri Röya da bilir”

ana-bacima-dediyim-sirleri-roya-da-bilir
Oxunma sayı: 4016

“Bəlkə mən dəliyəm? Niyə mənim kimi olmaq istəyirsiz? Peşman olacağınız sözlər yazmayın. Kaprizli insan deyiləm, düzgünlük tərəfdarıyam. Yalanı sevmirəm. Mənimlə hər kəs özü kimi olsun. Məndə obrazda olmaq alınmır. Damarımı, dilimi tutan adama qarşı çox rahat biriyəm”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam “Show News” proqramına açıqlamasında deyib. Sənətçi instaqramda onu özündənrazı, acıdil kimi tanıyan xanım istifadəçilərə cavab verib.

Bundan əlavə, ifaçı şou-biznesdə bir neçə dostundan başqa heç kəsə güvənmədiyini qeyd edib:

“Güvənimi itirən insanı bağışlamaram. Gülüb danışa bilərəm, amma ürəkdən davranmaram. Ana-bacıma dediyim sirləri Röyaya da (Xalq artisti Röya Ayxan - red.) deyirəm. Görüşsək də, görüşməsək də ona güvənirəm. Evimizin içidi, ailəmin bir üzvüdür”.