Anar Məmmədovun daha bir izdihamlı görüşü - Fotolar

anar-memmedovun-daha-bir-izdihamli-gorusu
Oxunma sayı: 4237

Yeni Azərbaycan Partiyasından deputatlığa namizəd olan Anar Məmmədov təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü keçirib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə namizədliyini irəli sürən A.Məmmədov bu dəfə namizədi Goranboy rayonunun Düzqışlaq, Baxçakürd, Dəyirmanlar, Azad kənd sakinləri ilə görüşüb.

Görüşdə adıçəkilən kəndlərin ağsaqqalları, ziyalıları, şəhid ailələri, Qarabağ müharibəsi veteranları və gənclər iştirak edib.

A.Məmmədov seçicilərinə öz seçki platforması haqda danışıb və onlarla sosial məsələlərlə bağlı müzakirələr aparıb, seçicilərin bu yöndə təkliflərini dinləyib.