Anar Məmmədovun yerinə o seçildi - Yenilənib

anar-memmedovun-yerine-o-secildi
Oxunma sayı: 5252

Bu gün Azərbaycan Qolf Federasiyasında hesabat-seçki konfransı keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, federasiyanın yeni prezidentinin adına aydınlıq gələcək. 

Xatırladaq ki, Azərbaycan Qolf Federasiyası 2011-ci ildə sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov tərəfindən yaradılmışdı. Lakin Z.Məmmədov nazir postunu tərk etdikdən sonra oğlu da federasiya ilə maraqlanmayıb. 

2018-ci ildən federasiyanın ofisinin qapısı bağlanıb və fəaliyyət dayandırılıb. 

***

Azərbaycan Qolf Federasiyasının yeni prezidenti Rauf Xəlilov olub. 

Yığıncaqda həmçinin Anar Əzimov federasiyanın vitse-prezidenti vəzifəsinə seçilib. Qolf Federasiyası İdarə Heyətinə də seçkilər keçirilib. Zakir İbrahimov, Kamran Qasımov, Tural Vəlizadə, Nigar Süleymanova və İlqar Rüstəmov İdarə Heyətinə üzv seçiliblər.

Qeyd edək ki, Rauf Xəlilov “İSR” Şirkətlər Qrupunun sahibi İsgəndər Xəlilovun oğludur.