Anasını və bacısını yanğında itirən 7 yaşlı Gülməmmədin köməyə ehtiyacı var - Foto

Anasını və bacısını yanğında itirən 7 yaşlı Gülməmmədin köməyə ehtiyacı var
Oxunma sayı: 4089

7 yaşlı Gülməmməd Əhmədlinin insanların yardımına ehtiyacı var. Bu ilin fevralında Zərdabın Çallı kəndində baş verən yanğında o anasını və bacısını itirib. Gülməmmədgilin evindəki yanğın zamanı o, ağır yanıq xəsarətləri alıb.

Uşağın atası Pərvin Əhmədov “Qafqazinfo”ya bildirib ki, müalicə üçün 80-90 min manata ehtiyac duyulur: “Gülməmməd bir müddət əvvəl xəstəxanadan evə buraxılıb. Hazırda əlləri işləmir. Yanğında qulağı qopub düşüb, bir əlinin barmaqları yarıya qədər yoxdur.

Həmçinin oxuyun: Zərdabda yanğında ölən qızın və yaralı qardaşının - Fotosu

Türkiyədə əməliyyat və müalicəsi üçün 80-90 min manat pul lazımdır. Yanıq xəsarətləri oğlumu çox incidir. Həm ağrı verir, həm də bu vəziyyətinə görə çox əziyyət çəkir”.

Pərvin Əhmədov övladına dəstək üçün açdığı bank kartını və uşağın hazırkı vəziyyətini əks etdirən fotosunu saytımıza göndərib. Kömək üçün atasının əlaqə nömrəsi: (050) 970 71 76.

Xatırladaq ki, yanğın nəticəsində 1993-cü il təvəllüdlü Əhmədova Pərvanə Kərim qızı və onun qızı, 2013-cü il təvəllüdlü Əhmədli Gülayə Pərvin qızı yanaraq vəfat ediblər.