Anasının qəbrini ziyarət etməyə gedən jurnalist qəbiristanlıqda öldü

anasinin-qebrini-ziyaret-etmeye-geden-jurnalist-qebiristanliqda-oldu
Oxunma sayı: 10886

Jurnalist Əli Fərəcov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Report-un məlumatına görə, mərhumun cansız bədəni anasının Maştağa qəbiristanlığında yerləşən qəbrinin yanında tapılıb.

İlkin məlumata görə, noyabrın 4-ü mərhumun anasının vəfat ildönümü olub. Ə.Fərəcov da bu məqsədlə anasının qəbrini ziyarət etməyə gedib.

Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır.

Qeyd edək ki, mərhum jurnalist “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin əməkdaşı olub. O, həmçinin uzun illər idman jurnalistikası sahəsində çalışıb.