Ankarada güclü yanğın - Biri uşaq olmaqla 3 nəfər öldü

ankarada-guclu-yangin
Oxunma sayı: 2101

Türkiyənin paytaxtı Ankaranın Çankaya rayonunda çoxmərtəbəli binada yanğın baş verib.

“Qafqazinfo” bu barədə “NTV Türkiye”yə istinadən xəbər verir.

Məlumata görə, hadisə zamanı biri uşaq olmaqla 3 nəfər həyatını itirib, 7-si yanğınsöndürən olmaqla 39 nəfər dumandan zəhərlənib.

Ölənlərdən biri 3,5 aylıq körpədir. Xəsarət alan bir nəfərin vəziyyəti isə ağırdır.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.