“ANS-ə iki gün vaxt verirəm” - Xalq artisti

ans-e-iki-gun-vaxt-verirem-xalq-artisti
Oxunma sayı: 739

Xalq artisti Nisə Qasımova oğlunun ANS telekanalında təhqir edildiyini deyir. “Qafqazinfo”nun məlumatına görə, xalq artisti bu səbəbdən artıq ANS telekanalını məhkəməyə verəcəyini bildirib. Jurnalistlərə açıqlama verən N. Qasımova bildirib ki, səbəb ANS telekanalıın tərəfindən ailəsini təhqir edən süjetin yayımlanmasıdır: “Mən 40 ildir oxuyuram, heç vaxt gözüm mükafatda olmayib. Təbii ki, mənim diqqət və ehtiram görmək istəyim olub. Mən də imkanlı adam tutub kiminsə qapsına sala bilərdim. Baxıram, hamı brilliantların içində üzür. Mən kimdən əskiyəm. Mən də imkanlı adamla oturub duraram evim olar, hər gün bir klipim çıxar. Amma mən ata-ana tərbiyəsi görmüşəm. ANS tərəfindən ailəm təhqir olunub. Televiziyada deyilib ki, qardaşım rəhmətə gedəndən sonra mən onun oğlunu övladlığıa götürmüşəm. Elə deyil. Fətullah anadan olandan sonra mənim yanımda böyüyüb. Mənim indiki ağlım olsaydı, müğənni olmazdım. ANS-dəki şou verilişlərinin birində yayımlanan süjetdə bildirildi ki, mənim Fətullah adlı oğlum guya cinsi azlıqlara aiddir. Siz təsəvvür edirsiniz, bu nə deməkdir? Mən şokdayam. Dünənki biabırçılıqdan sonra biz bir-birimizin üzünə baxa bilmirik, utandığımdan mən evə gedə bilmirəm”.

Nisə Qasımova onuda söylədi ki, ANS telekanalı onun oğlundan üzr istəməlidir, əks halda o, telekanalı məhkəməyə verəcək: “Mən oğlumdan utanıram. Bütün dostları zəng edib deyilər ki, bu nə xəbərdir. Gecə 3-ün yarısına qədər zəng ediblər. Əmircan, Şüvəlandan qohumlar toplaşıb ANS-ə getmək istəyiblər. Mən və ailəm, xüsusən oğlum təhqir olunub. Fətullah özü də Məşədi, Kərbalayidir. Mən bu məsələdə susmayacağam. Verilişdən sonra dəfələrə Mirşahin Ağayevə zəng etsəm də, zəngimə cavab vermədi. ANS-ə iki gün vaxt verirəm. Ya həmin verilişdə bu xəbəri təkzib edib, məndən, oğlumdan, ailəmdən üzr istəsinlər, ya da mən onları məhkəməyə verəcəyəm. Azmı olub sizin “quş”larınıza görə xəbərdarlıq... Sadəcə iki gün gözləyərik. Üzr istəməsələr, onları məhkəməyə verəcəyəm. Ölümə qədər bu işinin dalınca gedərəm”.

Nisə Qasımova bildirib ki, o, ANS-də yayımlan verilişlərə qatılmaqdan imtina etdiyi üçün onlar bu addımı atıblar: “Bu qədərmi mən lazımsız bir insan oldum? Yəqin mən Elgizin, Ulviranın verilişlərinə getmədiyim üçün məndən əvəz çıxırlar. Ancaq bilsinlər ki, hər zaman mətbuatdan qaçan Nisə bundan sonra susmayacaq. Bu telekanaldan hər şey gözləyirdim, bircə bunu yox”.

N. Qasımova bəzi şou nümayəndələrinə ismarıc da göndərib: “Mən sizin düşündüyünüz müğənnilərin cərgəsində deyiləm. Elə olsaydı, mənim də 25 villam, 15 maşınım, bir ərim, 5 sevgilim olardı. Mən ailə tərbiyəsi görmüşəm, mənəviyyatım, ailə nüfuzum hər şeydən əzizdir. Mən iki oğul nəvəsi böyüdürəm. İstəmərəm mənim nəvələrimə mənə görə söz gəlsin”.

Müsahibə zamanı Nisə Qasımovanın səhhətində problem yarandı. Hönkürtü ilə ağlayan müğənniyə sakitləşdirici həb verdilər. Elə bu məqamda müğənnin oğlu Fətullah da həmin məkana gəldi. Nisə Qasımova oğlunu qucaqlayaraq ondan üzr istədi: “Bütün jurnalistlərin qarşısında səndən üzr istəyirəm ki, mən müğənniyəm. Müğənni olmasaydım, bunlar sənin başına gəlməzdi...”.

Aynur Babayeva