Aqolli millimizdə çalışa bilər

aqolli-millimizde-calisa-biler
Oxunma sayı: 1838

Azərbaycan milli komandasının yeni baş məşqçisi Canni de Byazinin köməkçiləri müəyyənləşir.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, onlardan biri də "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli ola bilər.

Məlumata görə, 64 yaşlı de Byazi Albaniya millisindən yaxşı tanıdığı Aqollini də yığmaya gətirir. Hazırda ABŞ-ın “Nyu-York Kosmos” klubunda çıxış edən 38 yaşlı müdafiəçinin məşqçilər korpusunda olacağı bildirilir. Aqolli bir müddət, o cümlədən 2016-cı il Avropa çempionatı qarşılaşmalarında Albaniya millisinin kapitanı olub.

Qeyd edək ki, 2012 – 2019-cu illərdə “Qarabağ”da çıxış etmiş Ansi Aqolli ötən mövsüm ABŞ klubu ilə səviyyəcə dördüncü sayılan Milli Premyer Liqada (NPSL) çempion olub. O, ötən ay klubu ilə başa çatan müqaviləsinin müddətini 1 il uzadıb.