Araz Abdullayev yeni klubunda debüt etdi

araz-abdullayev-yeni-klubunda-debut-etdi
Oxunma sayı: 2153

Futbol üzrə Türkiyə 1-ci liqasında 2-ci turun oyunları keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin yeni transfer olunduğu “Boluspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Adana Dəmirspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 1:1 hesablı heç-heçə ilə ayrılıb.

Araz da bu görüşün iştirakçısı olub. O, Bolu təmsilçisindəki debüt matçında 70-ci dəqiqədə meydana buraxılıb.

İki turdan sonra hesabında 1 xal olan “Boluspor” 18 kollektiv arasında 13-cüdür.