Araz Ağalarov Rusiyada işlərini dayandıra bilər

araz-agalarov-rusiyada-islerini-dayandira-biler
Oxunma sayı: 2666


“Qafqazinfo” xəbər verir ki, bu barədə iş adamı Araz Ağalarov özü məlumat verib. Onun sözlərinə görə, bu, kredit üzrə faiz dərəcələri artırıldığı təqdirdə baş verəcək:

“Hələlik biz həmin obyektlər üçün maliyyə yardımı almamışıq və öz şəxsi resurslarımız hesabına tikirik. Banklarla danışıqlar gedir, lakin 17 faizdən artıq faiz göstəriciləri tətbiq edilsə, biz kredit götürməyəcəyik. Belə olan halda tikintini dayandıracağıq”.

Qeyd edək ki, hazırda şirkət “Krokus Siti” ərazisində 4 obyekt tikir. Bunlar iki Manhetten qülləsi, “Veqas 3” və okeanariumdur.