“Araz-Naxçıvan”ın ÇL-dəki rəqibləri müəyyənləşdi

araz-naxcivanin-cl-deki-reqibleri-mueyyenlesdi
Oxunma sayı: 1477

Bu gün futzal üzrə UEFA Çempionlar Liqasının ilkin və əsas mərhələsinin püşkü atılıb.

“Qafqazinfo” Azərbaycan Futzal Federasiyasına istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi “Araz-Naxçıvan”ın da rəqibləri müəyyənləşib. Naxçıvan klubu F qrupunda Ljuti Krajişniç (Avstriya), PYF Saltires (Şotlandiya) və Sparta Belfast (Şimali İrlandiya) komandaları ilə qarşılaşacaq.

Oyunlar avqustun 26-dan 31-dək Avstriyada keçiriləcək.