“Arka Sokaklar”ın yaradıcı heyəti çəkilişə gəlməkdən imtina etdi

arka-sokaklarin-yaradici-heyeti-cekilise-gelmekden-imtina-etdi
Oxunma sayı: 3456

Türkiyədə 2006-cı ildən bəri yayımlandığı hər mövsüm reytinqləri darmadağın edən “Arka Sokaklar” serialında maaş problemi yaşanır.

Bu barədə “Qafqazinfo” “Medyaradar”a istinadən xəbər verir.

Məlumata görə, aktyor, işıqçı, operator, bədii bölmə və ssenari komandası bir qəpik də olsun əməkhaqqı ala bilməyib. Bu səbəbdən yaradıcı heyət çəkilişə gəlməmək qərarına gəlib.

Bu barədə rəhbərliyə bildirilib. Bunun ardından səkkiz həftədir verilməyən maaşların üç həftə sonra veriləcəyi vəd edilib.