Artur Vanetsyanın köməkçisi saxlanıldı

artur-vanetsyanin-komekcisi-saxlanildi
Oxunma sayı: 1621

Ermənistanda “Vətən” müxalifət partiyasının lideri Artur Vanetsyanın köməkçisi Aram Qriqoryan saxlanılıb.

“Qafqazinfo” erməni mətbuatına istinadən xəbər verir ki, bu haqda partiyanın mətbuat katibi Sos Akopyan bildirib.

Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri Qriqoryanın evində axtarış aparıb, lakin qanunsuz heç nə aşkar edilməyib. Akopyan qeyd edib ki, daha sonra onun tutulması barədə qərar qəbul edilib.

Bundan əvvəl Qriqoryanın vəkili Yervand Varosyan bildirib ki, onun müdafiə etdiyi şəxs mitinqlərdə iştirak etmək üçün vətəndaşlara rüşvət verməkdə şübhəli bilinir. Hüquq-mühafizə orqanları həmin vətəndaşların siyahısını axtarır.

Vəkil bildirib ki, çox güman ki, iş Qriqoryanın evsizlərə pul payladığı videogörüntü əsasında başlanıb.