Arvadının müalicə pulunu mənimsəyən şəxs narkokuryer imiş

arvadinin-mualice-pulunu-menimseyen-sexs-narkokuryer-imis
Oxunma sayı: 2282

Bir müddət əvvəl ağır xəstəlikdən əziyyət çəkən həyat yoldaşı üçün yığılan pulları oğurlamaqda ittiham olunan Kamran İsmayılov narkotiklə saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, o, taksi sürücüsü görüntüsü yaradaraq narkotiklərin satışı ilə məşğul olurmuş. Onun üzərinə və idarə etdiyi “Toyota Prius” markalı avtomobilə baxış zamanı 2 kq-a yaxın marixuana aşkar edilib. Araşdırma zamanı müəyyən edilib ki, Kamran İsmayılov tanışı, şəxsiyyəti istintaqla araşdırılan Mahal adlı İran vətəndaşının göstərişi ilə onun qanunsuz yollarla ölkəyə göndərdiyi narkotiklərin paytaxtın müxtəlif ərazilərində paylanması ilə məşğul olub.

Həmçinin oxuyun: В Баку скутеры прекращают свою деятельность?

Xatırladaq ki, K. İsmayılov daha əvvəl xərçəngdən əziyyət çəkən və bu ilin yanvarında vəfat edən keçmiş həyat yoldaşı Aytən İsmayılzadənin kartına toplanmış pulları oğurlamaqda ittiham olunurdu. Bu barədə A. İsmayılzadə sosial şəbəkə hesabında yazaraq ərinin onun kartından 2400 manat oğurladığını qeyd etmişdi.

DİN həmin şəxslə bağlı araşdırmalara başlanıldığını açıqlamışdı.

Qeyd edək ki, K. İsmayılovun ixtisasca informasiya texnologiyaları sahəsində mütəxəssis olduğu bildirilir.