Keçmiş əri xərçəng xəstəsi üçün yığılan pulları oğurlayıb? - DİN-dən açıqlama

kecmis-eri-xerceng-xestesi-ucun-yigilan-pullari-ogurlayib
Oxunma sayı: 5232

Azərbaycanda xərçəng xəstəsi üçün yığılan pul oğurlanıb.

“Qafqazinfo” xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən və müalicəsinə pul yığılan Aytən İsmayılzadə kartına toplanmış pulların oğurlandığını bildirib.

O iddia edib ki, təqsirkar keçmiş həyat yoldaşı Kamran İsmayılzadədir. Qadın kartından 2400 manatın oğurlandığını deyib.

A.İsmayılzadə daha sonra pulun 2 min manatının geri qaytarıldığını yazıb.

Məsələyə Daxili İşlər Nazirliyi də münasibət bildirib. Qeyd olunub ki, həmin şəxslə bağlı araşdırmalara başlanılıb.