“Amnistiya ilə bağlı nə qədər insan sevinəcək. Bu, çox mühüm bir aktdır və insanların Yeni il qabağı sevincidir”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
“Arzulayıram ki, bu, jurnalistlərə də şamil olunsun. Düzdür, günahları var, cinayətləri var. Amma müəyyən cinayətləri bağışlamaq olar. Bir daha həbsdən çıxacaq dustaqları təbrik edirəm. Bir də ora qayıtmasınlar və cinayət törətməsinlər. Prezidentimizə isə eşq olsun, ona uzun ömür arzulayıram”, - deputat qeyd edib.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər