Asfaltlanandan bir gün sonra çökdü - Fotolar - Yenilənib

asfaltlanandan-bir-gun-sonra-cokdu
Oxunma sayı: 1174

Paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsindəki səkidə asfalt qatı çöküb.

“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) ərazidə apardığı qazıntıdan sonra səkiyə asfalt örtüyü çəkilib.

Bundan cəmi bir gün sonra yeni çəkilən qat tamamilə çöküb.

***

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan xətdə dünən gecə yenidən qəza baş verib.

“Operativ şəkildə müvafiq rayon sukanal idarəsinin qəza briqadası əraziyə cəlb edilib. Xəttin əsaslı təmiri və bərpası istiqamətində işlər görülərək asfalt qatı yenidən bərpa ediləcək”, - Xidmətdən qeyd edilib.