At əti satan tutuldu – - Azərbaycanda

at-eti-satan-tutuldu-
Oxunma sayı: 3387

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, aprelin 15-i axşam saatlarında daxil olmuş məlumat əsasında Kürdəmir Rayon Baytarlıq İdarəsi rayonun Xınıslı kənd sakini Bağırov Anar Ağarəsul oğluna məxsus həyətdə antisanitariya vəziyyətdə kəsimi aparılan, baytarlıq-sanitariya ekspertiza laboratoriyasından keçməyən 165 kq miqdarında at əti aşkar edilib.  Aparılan araşdırma zamanı atın yeni kəsildiyi və satış üçün hazırlandığı məlum olub.

İlkin olaraq ətdən laboratoriya müayinəsi üçün nümunələr götürülüb (heyvanın başı və ayaqları olsa da) və baytarlıq-sanitariya qaydalarına uyğun Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Aşkar edilmiş ət mənşəyi məlum olmayan məhsul kimi zərərsizləşdirilib.

Anar Bağırovun əvvəllər də bu işlə məşğul olub-olmadığını dəqiqləşdirmək üçün hüquq mühafizə orqanlarında araşdırma aparılır.