Rusiya və MDB ölkələrində populyar olan müğənni Jony (Cahid Hüseynli) Birinci kanalda yayımlanan “Veçerniy Urqant” proqramının qonağı olub.
“Qafqazinfo” xəbər verir ki, Rusiyanın ən reytinqli tolk-şousunda yer alan ifaçı həyatının musiqi ilə bağlı olduğunu, atasının səhnə əleyhinə olduğunu açıqlayıb.
Aparıcı İvan Urqantın suallarını cavablandıran Jony qeyd edib ki, bütün qadağalara baxmayaraq, atası ona özünü sübut etmək üçün bir şans verib:

“Atam istəyirdi ki, ailə biznesini davam etdirim. Ancaq bununla belə mənim musiqi ilə məşğul olmağıma qadağa qoymadı. Dövlət İdarəetmə Universitetində beynəlxalq biznes sahəsində təhsil alarkən dərsdən sonra musiqi ilə məşğul olurdum”.
O, həmçinin babasının Azərbaycanda məşhur musiqiçi olduğunu və ailəsinin incəsənətlə əlaqəsinin olduğunu bildirib.
Bundan əlavə, efirdə ifaçının arxiv görüntülərinə yer verilib.
Qeyd edək ki, Jony bir neçə gün əvvəl Yeni Radio Mükafatları tədbirində Rusiyanın ən yaxşı sənətçisi seçilib.



Son xəbərlər
Son Xəbərlər