Atambayevin evində yanğın - Jeenbekov ölkəyə qayıtdı + Video

atambayevin-evinde-yangin
Oxunma sayı: 7704

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin evinin ərazisində yanğın başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə “RİA Novosti” xəbər verib. Həmin ərazidən atəş və güllə səsləri eşidilməkdədir. 

“TASS” yazır ki, istirahətdə olan Qırğızıstan prezidenti Sooronbay Jeenbekov də artıq paytaxt Bişkekə yola düşüb.

**

Keçmiş prezidentin tərəfdarları ilə xüsusi xidmət orqanlarının əməkdaşları arasında yaşanan qarşıdurma nəticəsində yaralananların sayı 15-ə çatıb. Onlar dərhal xəstəxanaya çatdırılıblar. 

**

Yaralıların sayı 40-ı ötüb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.