“Atəşkəsdən sonra da Körfəz ölkələrinə hücumlar olub”

ateskesden-sonra-da-korfez-olkelerine-hucumlar-olub
Oxunma sayı: 1303

ABŞ və İran arasında atəşkəs elan edildikdən sonra Fars körfəzi ölkələrinə hücumlar olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb. 

Belə ki, Bəhreyn İranın hücumlarından sonra yanğın baş verdiyini açıqlayıb. 

Gecə ərzində Qətərə də çoxsaylı hücumlar olub. Ölkənin Müdafiə Nazirliyi nəticədə dörd nəfərin yaralandığını bəyan edib. 

Bundan başqa, Küveyt və BƏƏ-yə də hücumlar qeydə alınıb. Məlumata görə, BƏƏ-də həyəcan siqnalları işə düşüb, həmçinin Xabşan qaz yatağında yanğın baş verib. 

Səudiyyə Ərəbistanı isə beş ballistik raketin ələ keçirildiyini bəyan edib. 

Xatırladaq ki, gecə saatlarında ABŞ və İran arasında 2 həftəlik atəşkəs elan edilib. İsrail tərəfi də bu atəşkəsə razılıq verib. İki həftəlik atəşkəsi qəbul etdiyini açıqlayan ABŞ Prezidenti Donald Tramp İrandan 10 bəndlik təklif aldıqlarını bildirib.