Atı güllələyərək öldürən şəxs tutuldu

ati-gulleleyerek-olduren-sexs-tutuldu
Oxunma sayı: 3327

Ağcabədi Rayon Polis Şöbəsinə iyulun 4-də Sarıcalı kənd sakini E.Məmmədova məxsus atın kənd ərazisində tüfənglə öldürülməsi barədə məlumat daxil olub.

"Qafqazinfo" DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində bu əməli törətməkdə şübhəli bilinən kənd sakini Emin Əliyev müəyyən edilərək saxlanılıb.

Ondan “Churchil” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.