“Atletiko” evdə qələbəni əldən verir - Video-Yenilənib

atletiko-evde-qelebeni-elden-verir
Oxunma sayı: 2534

Bu gün UEFA Çempionlar Liqası yarımfinal mərhələsində daha bir maraqlı qarşılaşma baş tutacaq.

“Qafqazinfo” xəbər verir ki, günün oyununda “Atletiko Madrid” doğma meydanda “Arsenal”la üz-üzə gələcək.

Matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, yarımfinal mərhələsinin cavab görüşləri 5 və 6 may tarixlərində keçiriləcək və finala yüksələn komandalar həmin oyunlardan sonra müəyyənləşəcək.

Xatırladaq ki, yarımfinalın ilk oyun günündə PSJ doğma meydanda Bavariya üzərində 5:4 hesablı qələbə qazanaraq üstünlük əldə edib.

***

Matç başladı.

***

Viktor Gyökeres 44-cü dəqiqədə penaltidən fərqlənir.

***

Fasilə.

***

İkinci hissə başladı.

***

56-cı dəqiqədə Xulian Alvarez penaltidən fərqlənərək hesabı bərabərləşdirir.

***

Matç 1:1 hesablı bərabərliklə başa çatır.