Avarçəkənlərimiz “Paolo De Aloya” xatirə turnirində iştirak edəcəklər

avarcekenlerimiz-paolo-de-aloya-xatire-turnirinde-istirak-edecekler
Oxunma sayı: 193

Aprelin 24-dən 26-dək İtaliyada akademik avarçəkmə üzrə “Paolo De Aloya” xatirə turniri keçiriləcək. 

“Qafqazinfo” xəbər verir ki, nüfuzlu beynəlxalq yarışda Azərbaycan Su İdman Növləri Federasiyası Volodimir Morozovun məşqçiliyi ilə 3 nəfərlik heyətlə mübarizə aparacaq. 

Komandamızın heyətində perspektivli idmançılar olan Azər İlyasov, Ziya Məmmədzadə və Nurlan Paşayev mükafatçılar sırasına düşməyə çalışacaq.