“Avişai Kohen trio” Heydər Əliyev Mərkəzində çıxış edib - Fotolar

avisai-kohen-trio-heyder-eliyev-merkezinde-cixis-edib
Oxunma sayı: 1117

Dekabrın 6-da Heydər Əliyev Mərkəzində “Avişai Kohen trio”nun konserti olub. Cazsevərləri bir araya toplayan konsertdə Avişai Kohen (kontrabas), Elçin Şirinov (piano), Roni Kaspi (baraban) çıxış edib.

"Qafqazinfo" xəbər verir ki, İsraildə doğulan, ABŞ-da fəaliyyət göstərən müğənni və bəstəkar Avişai Kohen son 20 ildə dünyanın ən yaxşı bas ifaçısı kimi tanınsa da, onun məhz bəstəkar kimi yaratdığı musiqi əsərləri şöhrət qazanıb, böyük auditoriya toplayıb, caz pərəstişkarlarını özünə cəlb edib.

“Avişai Kohen trio” Bakı konsertində yeni “Arvoles” albomundan kompozisiyaları təqdim edilib.

Avişai Kohenlə birlikdə səhnəni Azərbaycandan pianoçu və bəstəkar Elçin Şirinov bölüşüb. Elçin Şirinov son 3 ildə Avişai Kohenlə sıx əməkdaşlıq edir və onun iştirakı ilə trio dünyada şöhrət qazanıb. Elçin Şrinov fəal şəkildə “Avişai Kohen trio”nun yeni albomunun yaranmasında iştirak edib.

Trionun digər iştirakçı isə İsraidə dünyaya gələn, hazırda ABŞ-da yaşayan baraban ifaçısı Roni Kaspidir. Roni Kaspi ABŞ, Meksika, Kanada və digər ölkələrdə çıxış edib.