Avroliqanın da püşkü atıldı

avroliqanin-da-pusku-atildi
Oxunma sayı: 1141

Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

“Qafqazinfo” xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub.

Püşkatma nəticəsində 1/8 finalda üz-üz gələcək komandalar müəyyənləşib:

“Ferentsvaroş” (Macarıstan) – “Braqa” (Portuqaliya);

“Genk” (Belçika) – “Frayburq” (Almaniya);

“Ştutqart” (Almaniya) – “Portu” (Portuqaliya);

“Bolonya” (İtaliya) – “Roma” (İtaliya);

“Panatinaikos” (Yunanıstan) – “Betis” (İspaniya);

“Selta” (İspaniya) – “Olimpik” (Lion, Fransa);

“Nottingem Forest” (İngiltərə) – “Midtyulland” (Danimarka);

“Lill” (Fransa) – “Aston Villa” (İngiltərə).

Qeyd edək ki, bu mərhələnin oyunları martın 12-si və 19-da keçiriləcək.