Avropa çempionumuz medalından məhrum edildi

avropa-cempionumuz-medalindan-mehrum-edildi
Oxunma sayı: 4381

Azərbaycanın tanınmış idmançısı, yunan-Roma güləşi üzrə Avropa çempionu Vitali Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edilib.

Qafqazinfo” xəbər verir ki, bu barədə teleaparıcı, Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinin rəhbəri Sənan Şəfizadə məlumat yayıb. O, qeyd edib ki, buna səbəb idmançımızın dopinq-testinin təkrar analizinin müsbət nəticə verməsidir:

“Vitalinin orqanizmindən istifadəsi qadağan olunmuş dehidroxlormetiltestosteron (Turinabol) preparatı tapılıb. Güləşçimiz gümüş medalı geri qaytarmalıdır”.