““Avroviziya”nın Ukraynada keçirilməsi üçün hər şeyi edəcəyik”

avroviziyanin-ukraynada-kecirilmesi-ucun-her-seyi-edeceyik
Oxunma sayı: 1588

“Növbəti “Avroviziya” Mahnı Müsabiqəsi ölkədə davam edən hərbi əməliyyatlara baxmayaraq, Ukraynada keçiriləcək və Kiyevdəki hakimiyyət bunun üçün əlindən gələn hər şeyi edəcək”.

“Qafqazinfo” TASS-a xəbər verir ki, bu barədə Ukraynanın mədəniyyət naziri Aleksandr Tkaçenko bildirib.

"Əsas odur ki, bizim iki "Avroviziya" müsabiqəsi keçirmək təcrübəmiz var. Bu, ən önəmlisidir. Ona görə də növbəti "Avroviziya"nın keçirilməsi belə bizim üçün problem olmayacaq. Növbəti “Avroviziya”nın Ukraynada baş tutması üçün hər şeyi edəcəyik”, - nazir əlavə edib.

Tkaçenko İsveç və İspaniya nümayəndələrinin növbəti “Avroviziya” mahnı müsabiqəsi Ukraynada keçirilməsə, ona ev sahibliyi etməyə hazır olduqları barədə bəyanatlarına münasibət bildirib:

“Maliyyə yardımı versələr, biz qəbul edirik, lakin biz müsabiqəni 100% Ukraynada keçirəcəyik”. 

Xatırladaq ki, Turində keçirilən 66-cı “Avroviziya” Mahnı Müsabiqəsində Ukraynanın “Kaluş Orkestri” qrupu “Stefaniya” mahnısı ilə qalib olub. İkinci yeri Böyük Britaniya, üçüncü yeri isə İspaniya tutub.