Avstraliyada məscidə hücum - Foto

avstraliyada-mescide-hucum
Oxunma sayı: 2765

Avstraliyanın Sidney şəhərinin Obern qəsəbəsindəki Gelibolu məscidinə hücum edilib.

“Qafqazinfo” xəbər verir ki, Obern Türk-İslam Mədəniyyət Mərkəzinin idarəsində olan məscidə ziyan dəyib. Belə ki, məkanın çilçıraqları, pəncərələri, plazma televizorları, dini əşyaları qırılıb, minlərlə dollarlıq maddi zərər dəyib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Adı açıqlanmayan şəxs saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib.