Avstriya Prezidenti onu dişləyən itə hədiyyə verdi - Video

avstriya-prezidenti-onu-disleyen-ite-hediyye-verdi
Oxunma sayı: 1646

Avstriya Prezidenti Aleksandr Van der Bellen onu dişləyən Moldova liderinin itinə oyuncaq hədiyyə edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Van der Bellen hadisəni şərh edərkən, çoxlu sayda insana görə əsəbiləşən iti anladığını bildirib.

Qeyd edək ki, noyabrın 16-da dövlət başçıları Moldova Prezident Administrasiyasının binasının həyətində gəzərkən Maya Sandunun iti Aleksandr Van der Bellenin əlindən dişləyib. Bütün bunlar Avstriya Prezidenti iti sığallamaq istəyəndə baş verib.